• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib.

Tədbirdə YAP Nərimanov rayon təşkilatı idarə heyətinin üzvü, təhsil nazirinin müavini Firudin Qurbanov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və nazirliyin əməkdaşları iştirak edib.

Ziyarət zamanı əməkdaşlar Heydər Əliyev Mərkəzinin Muzeyi ilə tanış olublar. İştirakçılara ulu öndərin zəngin həyat yolu və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında məlumat verilib.

Ulu öndərin xatirəsinin böyük ehtiramla anıldığını diqqətə çatdıran təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, artıq üçüncü ildir ki, ənənəvi olaraq Heydər Əliyev Mərkəzi ziyarət edilir. Nazir müavini ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, ölkəmizin dünya miqyasında tanınması, azərbaycançılıq məfkurəsinin formalaşması, milli dövlətçilik arzularının reallaşması baxımından misilsiz xidmətlərindən danışıb.

Firudin Qurbanov ulu öndərin əsasını qoyduğu siyasi və iqtisadi kursun,  onun müəyyən etdiyi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib, bu gün Azərbaycanın regionun ən qabaqcıl ölkəsinə çevrildiyini vurğulayıb. Dövlətimizin davamlı tərəqqisindən danışan nazir müavini bildirib ki,  son illərdə ölkəmizdə mötəbər tədbirlərin, eləcə də bu günlərdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın dünyada nüfuzunun artdığını bir daha nümayiş etdirir.

Çıxış edənlər ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, elm, təhsil və mədəniyyətin inkişafı istiqamətindəki zəngin fəaliyyətindən danışıblar.

Sonra Təhsil Nazirliyinin YAP-a üzv olmaq istəyən 5 nəfər əməkdaşının ərizəsinə baxılıb və onların müraciəti müsbət cavablandırılıb.


6 il əvvəl