• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Yaşıl şəbəkə”- Bakı məktəblilərinin II Ekoloji Forumu

Mayın 6-da “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı məktəblilərinin və “Ekoklub” üzvlərinin II Ekoloji Forumu keçirilib.

II Ekoloji Forumun keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, “Yaşıl Şəbəkə” devizi altında ekoloji hərəkatın genişləndirilməsindən ibarətdir.

Forumda 400-ə qədər gənc ekoloqun iştirakı ilə “Yaşıl məktəb”, “Yaşıl turizm, “Yaşıl elm və texnologiya, “Yaşıl şəhər, “Yaşıl liderlər və cəmiyyət, “Yaşıl kənd təsərrüfatı, “Yaşıl iqtisadiyyatadlı 7 bölmə üzrə müzakirələr və yeni fəaliyyət planlarının müzakirəsi təşkil edilib.

30 orta məktəbdə fəaliyyət göstərən “Ekoklub” liderlərinin “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsi üzrə hesabatlarında yaşıl infrastrukturun yaradılması, enerji ehtiyatlarının səmərəli istifadəsi, tullantıların təkrar istifadəsinin kreativ həlli, suyun qənaətlə istifadəsi, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması məqsədilə görülən işlər haqqında məlumat verilib.

Forumun yekununda iştirakçılarla Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Səmti Müəyyənetmə Federasiyası tərəfindən ilk dəfə olaraq “QR code” yeni səmti müəyyənetmə oyunu keçirilib. Oyunun keçirilməsində məqsəd uşaqların aktiv həyat tərzinə, idman oyunlarında daha yaxından iştiraka cəlb olunmasıdır.


6 il əvvəl