• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH qrupunun tələbəsi beynəlxalq təhsil proqramında iştirak edəcək

Young Global Pioneers” (YGP)  beynəlxalq təhsil proqramında iştirak üçün keçirilən müsabiqənin Azərbaycan üzrə qalibi müəyyən olunub. Qalib Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının tələbəsi Nilgün Aslanovadır.

“YGP Talent Network” proqramı iyulun 23-dən avqustun 12-dək Tanzaniya və Zanzibarda təşkil ediləcək təlim turu ilə başlayacaq. Üç həftə ərzində planetin müxtəlif guşələrindən olan 20 həmyaşıd bir-birini daha yaxından tanımaq və dünyadakı problemlərin innovativ həll üsullarını hazırlamaq üçün birləşəcək. Tur iştirakçıları universitetləri və qabaqcıl müəssisələri ziyarət edəcək, yerli mədəniyyət və adətlərlə yaxından tanış olacaq, bölgədə mövcud problemlər və imkanlar haqqında məlumat toplayacaqlar. Həmçinin SOS Uşaq kəndindən olan gənclərlə görüşəcək, safari-tura yola düşəcəklər.

Bu il müsabiqə “Carlsberg Fondu”nun bölməsi olan “Carlsberg Bequest”in dəstəyi ilə eyni anda Şərqi Avropa regionunun bir neçə ölkəsində - Rusiya, Belarus, Qazaxıstan və Azərbaycanda təşkil olunub. Beynəlxalq təhsil proqramı Azərbaycanda SABAH qrupları ilə eksklüziv tərəfdaşlıq çərçivəsində keçirilib.

Səyahət başa çatdıqdan sonra “Global Reflection” vebinarları kimi “Young Global Pioneers” proqramının bütün iştirakçıları Qlobal İstedadlar Şəbəkəsinin bir hissəsi olacaqlar. Həmin şəbəkənin əsasında təlim və mədəni əlaqələrin möhkəmləndirilməsi yer alacaq.

“YGP Talent Network” - 19-25 yaşarası gələcək liderlər üçün beynəlxalq təhsil proqramının missiyası dünyanın ən istedadlı gənclərini birləşdirmək, onların dünyagörüşünü genişləndirmək, mədəniyyətlərarası kommunikasiya səviyyəsini artırmaq və dünya problemlərinin innovativ həll yollarını birlikdə tapmaq üçün qlobal düşünməyi öyrətməkdir.

Layihə haqqında http://youglo.org elektron ünvanında ətraflı məlumat almaq mümkündür.


6 il əvvəl