• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Mayın 2-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və  tələbələrinin Respublika bədii yaradıcılıq festivalının yekun konserti keçirilib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş bu festivalın ənənəvi olaraq hər il təşkil edildiyini deyib. Nazir müavini bildirib ki, festivalda 14 ali, 17 orta ixtisas, 18 ilk peşə-ixtisas təhsili müəssisəsinin bədii özfəaliyyət kollektivləri iştirak edib.

Firudin Qurbanov festivalın keçirilməsində əməyi olan hər kəsə, xüsusilə münsiflər heyətinə təşəkkür edib və tələbələrə uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika  Komitəsinin sədri Səttar Mehbalıyev çıxış edərək bədii yaradıcılıq festivalının gənclərin asudə vaxtının səmərəli təşkil olunması, istedadlı gənclərin aşkarlanması baxımından rolunu qeyd edib.

Konsertdə incəsənətin müxtəlif janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər və musiqiçilər çıxış ediblər.

Festivalın keçirilməsində məqsəd tələbə və şagirdlərin milli vətənpərvərlik, mədəniyyət və incəsənətimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onların bədii-estetik səviyyəsinin yüksəldilməsi, qabiliyyətlərinin inkişaf etdirilməsi və istedadlı gənclərin üzə çıxarılmasıdır.

Festivalın birinci mərhələsində 1000-ə yaxın şagird və tələbə öz bacarıq və istedadlarını nümayiş etdirib. Bu il keçirilən festivalda ötən illərdən fərqli olaraq,  orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələri də qatılıb. Yekun konsertdə 250-yə yaxın şagird və tələbə iştirak edib.

Seçimlər xalq artistləri, tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb. Münsiflər heyətinin qərarı ilə 12 qalib I yerə, 11 qalib II yerə, 10 qalib isə III yerə layiq görülüb.

Müxtəlif nominasiyalar üzrə keçirilən festivalın qalibləri Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri ilə təltif olunacaqlar. Həmçinin fəal iştirakçılara diplomlar təqdim ediləcək.

 


6 il əvvəl