• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbələr arasında futbol çempionatının final turu

Aprelin 29-da ali və orta ixtisas təhsili müəssisələrinin  tələbələri arasında Futbol üzrə VII Respublika çempionatı başa çatıb.

Final oyununda  Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən oyun 2:1 hesabı ilə BDU-nun komandasının xeyrinə başa çatıb.ADBTİA-nın komandası ikinci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası isə üçüncü yeri qazanıb.

Daha sonra komandalar  kubok,medal  və qiymətli hədiyyələrlə təltif olunublar. Həmçinin çempionatda fərqlənən iştirakçılar 5 nominasiya üzrə qiymətləndirilib.

Çempionat  Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illər üzrə fəaliyyət planına əsasən ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilib.

FİFA-nın mövcud qaydaları əsasında keçirilən oyunlar AFFA-nın Hakimlər Komitəsinin təsdiq etdiyi hakimlər heyəti tərəfindən idarə olunub.


6 il əvvəl