Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı
Aprelin 28-də xalq artisti, bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
Konsert proqramının keçirilməsində məqsəd Azərbaycan xalqının görkəmli bəstəkarı Tofiq Quliyevin musiqi xəzinəmizin inciləri hesab edilən mahnıları, operettaları, estrada pyesləri ilə gəncləri tanış etmək, yaradıcı, istedadlı tələbə və şagirdləri üzə çıxarmaqdır.
Konsertdən əvvəl iştirakçılar akademiyanın foyesində görkəmli bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə Mərkəzin Təsviri Sənət Qalereyasının dərnək üzvlərinin 40 rəsm əsəri nümayiş etdirilib.
Konsert proqramında bəstəkarın musiqi və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Bakı Musiqi Akademiyasının tələbələrinin, İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Tofiq Quliyevin mahnılarından ibarət musiqi və rəqs nömrələri təqdim edilib.
Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən təşkil olunan konsertdə Təhsil Nazirliyinin əməkdaşları, incəsənət xadimləri, xalq artistləri və digər qonaqlar iştirak edib.
Fəal çıxış edən tələbə və şagirdlər Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin diplomları ilə təltif olunublar.
6 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10