• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş idman tədbirləri başa çatdı

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri başa çatıb. Şirvan Olimpiya İdman Kompleksində sərbəst güləş və Yunan-Roma, Respublika Olimpiya Manejində atletika, Bakı Ağ Şəhər bulvarı ərazisində basketbol, Şəmkir Olimpiya İdman Kompleksində taekvando idman növləri üzrə zona yarışları keçirilib.

800 nəfərə yaxın məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Şirvan, II yerə İmişli, III yerə Xocavənd, Yunan-Roma güləşi idman növü üzrə I yerə Şirvan, II yerə Sabirabad, III yerə Beyləqan, atletika idman növü üzrə I yerə Nizami, II yerə Nərimanov, III yerə Xəzər, basketbol idman növü üzrə I yerə Nərimanov, II yerə Xətai, III yerə Nizami, taekvando idman növü üzrə I yerə Şəmkir, II yerə Gəncə, III yerə Tovuz rayon və şəhərlərin komandaları layiq görülüb.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinə martın 30-da start verilib. Bu müddət ərzində ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika idman növləri üzrə zona yarışları keçirilib.

Kütləvi idman tədbirləri çərçivəsində 50 zona yarışları təşkil olunub, həmin yarışlara 6619 məktəbli qatılıb, 616 fiziki tərbiyə müəllimi cəlb olunub, oyunları 100-ə yaxın hakim idarə edib.

Qaliblər diplom və medallarla təltif edilib, yarşılara qatılan hər bir iştirakçıya idman geyimləri, məktəbli azarkeşlərə isə idman köynəkləri hədiyyə edilib.

Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarət olub.


6 il əvvəl