İdman məktəbinin yetirməsi Avropa çempionu olub
Polşanın Varşava şəhərində kişilər arasında cüdo üzrə Avropa çempionatı keçirilib.
Çempionatda ölkəmizi təmsil edən cüdo üzrə yığma komandanın tərkibində 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) idmançısı Hidayət Heydərov 73 kq çəki dərəcəsində uğurla çıxış edərək Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, Varşavada bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanan Hidayət Heydərov qitənin ən mötəbər yarışında birinci yeri tutan ən gənc cüdoçu olub. İdmançımız Avropa Cüdo Birliyi tərəfindən "Avropanın ən yaxşı gənc cüdoçusu" mükafatına layiq görülüb.
6 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
17.04.2024 - 15:05 -
Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
16.04.2024 - 17:28 -
Vətəndaş müraciətlərinin statistikası
16.04.2024 - 16:22 -
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
16.04.2024 - 11:00 -
Tələbələr arasında stolüstü tennis üzrə çempionat keçirilib
15.04.2024 - 17:07