• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika fənn olimpiadalarının qalibləri məlum olub

21-23 aprel 2017-ci il tarixlərində Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib. IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 242 qalib müəyyən edilib. Belə ki, 43 nəfər şagird qızıl, 82 nəfər gümüş, 117 nəfər isə bürünc medala layiq görülüb.

Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimp.istedad.edu.az saytından əldə etmək mümkündür.

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılma mərasiminin mayın sonunda keçirilməsi nəzərdə tutulur.

Respublika fənn olimpiadalarının keçirilməsinə “Kapital Bank” tərəfindən dəstək göstərilir. “Kapital Bank” Təhsil Nazirliyi ilə bir sıra layihələrin birgə həyata keçirilməsində yaxından iştirak edib.

 

Respublika fənn olimpiadaları qaliblərinin siyahısı


6 il əvvəl