• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbələr arasında futbol çempionatının yarımfinal turu

Aprelin 14-də ali və orta ixtisas təhsili müəssisələrinin  tələbələri arasında Futbol üzrə VII Respublika çempionatının yarımfinal görüşü keçirilib.

Yarımfinal oyununda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) ilə Azərbaycan Texniki Universitetinin, Bakı Dövlət Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları qarşılaşıb.

Oyunun nəticələrinə əsasən, aprelin 29-da keçiriləcək final görüşündə BDU və ADBTİA komandaları qarşılaşacaq.

Çempionat  Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illər üzrə fəaliyyət planına əsasən,  ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil NazirliyiGənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilir.

FİFA-nın mövcud qaydaları əsasında keçirilən oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunur.

Çempionatda I, II və III yerləri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin təsis edilmiş 5 nominasiya üzrə seçiləcək tələbə futbolçular xüsusi mükafatlarla təltif olunacaq.


7 il əvvəl