• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Qızıl Bayt 2017”-nin ölkə qalibləri bəlli oldu

IT STEP akademiyasında “Qızıl Bayt  2017” (Golden Byte) beynəlxalq kompüter çempionatının ölkə mərhələsi üzrə final yarışı keçirilib. 100 nəfər finalçının qatıldığı yarışda “Oyun dizaynı” nominasiyası üzrə SABAH Qrupları tələbəsi Ağababa Bağırovun hazırladığı "The Little Hero" oyunu 1-ci yer tutub. Qalib aprelin 22-də Kiyev şəhərində keçiriləcək beynəlxalq finalda ölkəmizi təmsil edəcək. 

“Web-layihələr” nominasiyası üzrə SABAH Qrupları tələbələrinin "Zoom-X" layihəsi 3-cü yerə layiq görülüb.

Çempionat STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə keçirilir.

Yarışların keçirilməsində məqsəd informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını  təmin etmək və layihələrinə dəstək verməkdir.

Bu il Təhsil Nazirliyinin dəstəyi ilə azərbaycanlı gənclər ilk dəfə olaraq çempionatda iştirak edir.

Çempionat proqram, innovasiya layihələri, sistem inzibatçıları, mobil proqramlar, oyun və oyun personajlarının yaradılması, web-layihələr, qısa film, məlumat bazaları ilə iş üçün proqram, 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə keçiriləcək. 

9 ildir ki, keçirilən “Qızıl Bayt” çempionatının tərəfdaşları “Microsoft”, “InterSystems”, “Intel”, “Dell”, “Stearling Studio” şirkətləridir.

İndiyədək çempionata Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Estoniya kimi ölkələrdən təxminən 24 min iştirakçının 6000-dən çox işi təqdim olunub.


7 il əvvəl