• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir

IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində zona yarışları davam etdirilib.

Şəmkir Olimpiya İdman Kompleksində Yunan-Roma güləşi, Xaçmaz Olimpiya İdman Kompleksində atletika, Şirvan Olimpiya İdman Kompleksində basketbol, Balakən Olimpiya İdman Kompleksində boks, Masallı Olimpiya İdman Kompleksində cüdo, Salyan Olimpiya İdman Kompleksində stolüstü tennis, Hövsan Olimpiya İdman Kompleksində karate idman növləri üzrə zona yarışları keçirilib.

900 nəfərə yaxın məktəbli idmançının qatıldığı yarışlarda Yunan-Roma güləşi idman növü üzrə I yerə Gəncə, II yerə Goranboy, III yerə Şəmkir, atletika idman növü üzrə I yerə Xaçmaz, II yerə Xızı, III yerə Sumqayıt, basketbol idman növü üzrə I yerə Şirvan, II yerə Hacıqabul, III yerə Sabirabad, boks idman növü üzrə I yerə Balakən, II yerə Ağdaş, III yerə Ağsu, cüdo idman növü üzrə I yerə Masallı, II yerə Lənkəran, III yerə Biləsuvar, stolüstü tennis idman növü üzrə I yerə Salyan, II yerə Masallı, III yerə Neftçala, karate idman növü üzrə I yerə Nəsimi, II yerə Sabunçu, III yerə Suraxanı rayon və şəhərlərin komandaları layiq görülüb.

Qaliblər diplom, medal və hədiyyələrlə təltif edilib.

Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir.

Yarışlar aprelin 26-da başa çatacaqdır.


7 il əvvəl