İdmançılarımız "U-10 Champions Trophy" beynəlxalq turnirə vəsiqə qazanıb
Aprelin 6-dan 10-dək İzmir şəhərində "Altınordu" Futbol Klubunun təşkilatçılığı ilə dünyanın ən böyük turnirlərindən olan "U-10 Champions Trophy" futbol yarışının Türkiyə üzrə seçmə yarışları keçirilib. Türkiyənin 40 futbol komandasının qatıldığı yarışa Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası da dəvət alıb.
Yarışlar qrup, yarımfinal və final olmaqla üç mərhələdə keçirilib. Finalda komandamız Türkiyənin "Bəylikgücü" futbol komandasını 7:0 hesabla məğlub edərək kubokun sahibi olub və "U-10 Champions Trophy" beynəlxalq turnirinə vəsiqə qazanıb. Turnirin ən yaxşı, eyni zamanda ən sərrast oyunçusu "Vətən" Futbol komandasının üzvü Anar Hüseynov seçilib.
Beynəlxalq turnir iyunun 16-dan 18-dək Avstriyanın Vyana şəhərində keçiriləcək.
Yarışda iştirak edəcək "Vətən" futbol komandasının bütün xərcləri Türkiyənin "Altınordu" Futbol Klubu tərəfindən ödəniləcək.
"U-10 Champions Trophy" - 10 yaşlılar arasında dünyanın ən böyük və mötəbər futbol turniridir. Bu turnirə Avropa, Cənubi və Şimali Amerika, Asiya, Afrika, Avstraliyanın ən güclü futbol klublarının komandaları qatılır.
7 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22