• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH qruplarının heyəti xarici səfərdə olub

SABAH qruplarının professor-müəllim heyəti Paris-Sorbon Universitetinin keçirdiyi layihə çərçivəsində mübadilə proqramı üzrə İspaniya Krallığının Madrid şəhərində  səfərdə olub. İspaniyanın Kral Xuan Karlos Universiteti, Madrid Komplutense UniversitetiNebrija Universitetində görüşlərdə olan heyət həmin universitetlərdə tədrisin təşkili, kredit sistemi, tələbələrin qiymətləndirilməsi, tələbə və müəllim mübadiləsi, universitetin idarə olunması metodları haqqında müzakirələrdə iştirak edib.

SABAH qruplarının digər heyəti Çexiya Respublikasının Praqa şəhərində Beynəlxalq Təkmilləşdirmə İnstitutunda keçirilən (Prague İnstitute for Qualification Enhancement) təlimlərə qatılıb.  Müəllimlər "Universitetlərin beynəlxalq əməkdaşlığı: nəzəriyyə və təcrübə", tələbələr isə “Akademik yazı” adlı təlimlərdə iştirak edib.


6 il əvvəl