“Təbəssüm” rəqs qrupu IV Beynəlxalq Xoreoqrafiya Festivalında
Təhsil Nazirliyinin Respublika Uşaq Yaradıcılıq Mərkəzinin “Təbəssüm” rəqs qrupu Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Vaxtanq Çabukiani adına IV Beynəlxalq Xoreoqrafiya Festivalında iştirak edib.
Festivalda Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya və başqa ölkələrdən gəlmiş 9-13, 14-18 və 19-25 yaş qruplarında rəqqaslar yarışıblar.
“Təbəssüm” qrupunun ifa etdiyi “Bayram” və “Basqalı” rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb və qrup münsiflər heyəti tərəfindən festivalın laureatı adına layiq görülüb.
7 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00