• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Olimpiadalara hazırlıq məsələləri müzakirə olunub

Aprelin 5-də Təhsil İnstitutu tərəfindən olimpiadalara hazırlıq ilə bağlı “Dəyirmi masa” keçirilib.

Tədbirdə olimpadalara hazırlıq məsələləri və institut tərəfindən bununla bağlı məktəblər üçün hazırlanacaq xüsusi kurikulum barədə müzakirələr aparılıb.

“Dəyirmi masa”da Təhsil İnstitutu tərəfindən riyaziyyat fənni üzrə yerli və beynəlxalq olimpiadalarda iştirak etmiş və gələcəkdə iştirak etməyi düşünən şagirdlər, həmçinin fənn müəllimləri üçün çap olunan vəsaitin təqdimatı keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, Təhsil İnstitutunun rəhbərliyi, şöbə müdirləri və məktəb direktorları iştirak edib.  


7 il əvvəl