• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi

Tam orta təhsil səviy­yəsində təmayülləşmənin tətbiqində əsas məqsəd ümumi orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, bu və ya digər fənn qrupu üzrə təhsillənməyə xüsusi meyil və maraq göstərən, ali məktəbdə təhsillərini davam etdirmək potensialına malik şagirdlərin müəyyən edilməsi və onlara səmərəli təhsil şəraitinin yaradılmasından ibarətdir.

Hazırda respublikanın 5 şəhər və 36 rayonunu əhatə edən 182 məktəbdə təmayül sinifləri fəaliyyət göstərir. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris plan və proqramları hazırlanıb təsdiq edilib. Təmayül istiqamətləri üzrə tədris planlarında həftəlik 30 dərs saatı müəyyən olunub.

2017-2018-ci dərs ilində ümumtəhsil məktəblərində təmayülləşmənin tətbiqi əvvəlki illərlə müqayisədə genişləndiriləcək, təmayül siniflərində şagirdlərin sayı minimum 20 nəfər olmaqla komplektləşdiriləcəkdir.

Təmayülləşmənin tətbiqi ilə bağlı rayon və şəhərlər üzrə hər bir məktəbin imkanları, yol infrastrukturu, maddi-tədris bazası və kadr potensialı nəzərdən keçirilib şagirdlərin  meyl və maraqlarına əsasən təmayül sinifləri təşkil olunacaq. Həmçinin könüllülük əsasında ümumtəhsil məktəblərinin adi siniflərində, yaxud ilk peşə və orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirmək istəyən şagirdlər haqqında məlumatlar toplanaraq valideynlər arasında müvafiq izahat işləri aparılır.

Şagird sayı təmayül və yaxud adi siniflərin yaradılması üçün yetərli olan bütün məktəblərdə həmin siniflər təşkil ediləcəkdir. Hər hansı bir məktəbdə şagirdlərin sayı və seçimi təmayül sinfi təşkil etməyə imkan vermədiyi halda, bu və ya digər təmayül istiqamətini seçmiş şagirdlər yaxın ərazidəki həmin təmayül sinfi təşkil edilmiş məktəbdə təhsilini davam etdirə biləcəkdir. Təmayül istiqamətini seçməmiş şagirdlər üçün isə məktəblərdə mövcud uşaq sayı ilə adi siniflər açılacaqdır.   

İlk peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin qəbul ola bilməyən IX sinif məzunları arzu etdikləri halda, təlim göstəricilərinə əsasən, müvafiq təmayül və ya adi siniflərə qəbul olunacaqlar.

Təmayül siniflərində və adi siniflərdə müəllimlər tədris planlarında nəzərdə tutulan saatlar üzrə öz ixtisaslarına uyğun dərs yükü ilə təmin ediləcəklər.

 


7 il əvvəl