• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub.

Nəticələrə əsasən, fənn olimpiadalarının final mərhələsinə 534 şagird  vəsiqə qazanıb.

Şagirdlərin nəticələri rayon (şəhər) təhsil şöbələrinə( idarələrinə) göndərilib. Olimpiada iştirakçıları nəticələrini oxuduqları məktəblərdən əldə edə bilərlər.

Final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetirəcəklər.

Respublika fənn olimpiadalarının final turu aprel ayında keçiriləcək.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci-rayon(şəhər) mərhələsi  yanvarın 15-də keçirilib. Bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib.


7 il əvvəl