• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil İnstitutu mütəxəssisləri əməkdaşlığa dəvət edir

Təhsil İnstitutu ibtidai (I-IV) siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərslik müəllifi olmaq arzusunda olan mütəxəssisləri - müəllim, doktorant, metodistləri əməkdaşlığa dəvət edir.

İştirakçı namizədlər Azərbaycan dili və riyaziyyat fənləri üzrə bir sıra keyfiyyətlərə malik olmalıdır. Belə ki, seçimlərdə ixtisas fənni üzrə dərin bilikləri olan, araşdırma, fikirlərini yazılı formada şərh etmək təcrübəsinə, yüksək özünütəhsil vərdişlərinə, xarici dil, kompüter biliklərinə malik,  tədris resurslarının hazırlanması layihələrində iştirak edən, geniş elmi dünyagörüşü olan şəxslərə üstünlük veriləcək.

Bir neçə mərhələdən ibarət olacaq müsabiqəyə zəruri keyfiyyətlərə malik şəxslər dəvət olunacaq və qaliblərlə əməkdaşlıq müqaviləsi bağlanacaqdır.


7 il əvvəl