• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Martın 11-də  Respublika fənn olimpiadalarının  yarımfinal turu keçirilib.

Olimpiadanın yarımfinal turu  ölkənin 12 müxtəlif bölgəsindəki mərkəzlərdə-Naxçıvan MR, Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Lənkəran, Mingəçevir, Ucar, Xaçmaz, Şirvan, Şəki və İsmayıllıda keçirilib. 6000-ə yaxın şagirdin qatıldığı yarımfinal turunda rayon, şəhər mərhələsində 60 faiz və yuxarı nəticə göstərmiş şagirdlər iştirak ediblər.

Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə hər fənn üzrə 25 sual təqdim edilib. Yarımfinal turunda 70 faiz və yuxarı nəticə göstərmiş hər fəndən ən yaxşı 60 şagird Respublika fənn olimpiadasının final mərhələsində iştirak etmək hüququ əldə edəcək.

Respublika fənn olimpiadalarının final mərhələsinin aprel ayında keçirilməsi planlaşdırırlır.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi  yanvarın 15-də keçirilib. Bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib.


7 il əvvəl