• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Bilkent Universitetini ziyarət edib və azərbaycanlı tələbələrlə görüşüb

Fevralın 22-də təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı İhsan Doğramaçı Bilkent Universitetində olub.

Türkiyənin aparıcı ali təhsil müəssisələrindən olan bu təhsil ocağının imkanları, bilik öyrətmə texnologiyaları, maddi-texniki bazası barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Türkiyədə ən çox xarici ölkə vətəndaşı olan professor və müəllim heyətinin çalışdığı İhsan Doğramaçı Bilkent Universiteti elm və təhsil sahəsində böyük uğurlar qazanıb.

İhsan Doğramaçı Bilkent Universitetinin idarə heyətinin sədri professor Əli Doğramaçı, universitetin rektoru Abdullah Atalar və bu təhsil ocağının digər rəhbər şəxsləri görüşdə iştirak ediblər.

Daha sonra nümayəndə heyəti Azərbaycanın Türkiyədəki səfirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan bir qrup azərbaycanlı tələbə ilə görüşüb.

Mikayıl Cabbarov tələbələr qarşısında çıxış edib. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarının mahiyyəti, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışan nazir qeyd edib ki, tələbəlik illərində zamandan səmərəli istifadə edərək yüksək təhsil almaq hər bir tələbənin başlıca vəzifəsidir. Ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim diqqət və qayğı göstərdiyini xatırladan təhsil naziri  bildirib ki, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər ölkəmizdə ali təhsil sahəsində böyük uğurlar qazanılıb. Dövlət vəsaiti hesabına nüfuzlu xarici ölkə məktəblərində azərbaycanlı gənclərin təhsil almasına şərait yaradılması xalqımız üçün tarixi qazancdır.

Təhsil naziri  Mikayıl Cabbarov tələbələri maraqlandıran sualları cavablandırıb.


7 il əvvəl