• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Ankarada Türkiyə Böyük Millət Məclisində və Ali Təhsil Şurasında (YÖK) görüşlər keçirib

Fevralın 22-də təhsil naziri Mikayıl Cabbarov Türkiyə Böyük Millət Məclisində Milli təhsil, mədəniyyət, gənclər və idman komissiyasının sədr müavini Burhanettin Uysal ilə görüşüb.

Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında fikir mübadiləsi aparılıb. İki ölkə arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdən sonra Mikayıl Cabbarov Parlament binasının 15 iyul 2016-cı il tarixində baş vermiş dövlət çevrilişinə cəhd zamanı zərər görmüş hissəsinə baş çəkib.

Daha sonra təhsil naziri Mikayıl Cabbarov Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Yekta Saraçla görüşüb. Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsinin inkişafı üçün gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.


7 il əvvəl