• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH Karyera Qış Məktəbində təlimlərə başlanılıb

SABAH Karyera Akademiyası proqramı çərçivəsində Qubada SABAH Karyera Qış Məktəbi layihəsi təqdim olunub.

Layihənin həyata keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.

Təqdimat mərasimində çıxış edən SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə bildirib ki, layihə SABAH Karyera Akademiyası proqramı çərçivəsində həyata keçirilir. İlk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılan akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir.

SABAH Karyera Qış Məktəbində 100-ə yaxın tələbə iştirak edir.

İlk təlim biznes məsləhətçi Fəxri Ağayev tərəfindən keçirilb.Təlimçi  şəxsi brendin yaradılması və onu inkişaf etdirməyin yolları, vaxtın düzgün qiymətləndirilməsi və diqqət yetirilməsi  vacib olan məqamlardan danışıb.

Daha sonra təlimlər    qruplar şəklində davam etdirilib. SABAH Karyera Akademiyasının tərəfdaşı olan Azercell Telekom MMC-nin əməkdaşları tərəfindən keçirilən təlimlərdə tələbələr karyera planlaşdırılması, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və s. mövzular üzrə məlumatlar əldə ediblər.

İki gün davam edəcək təlimin sonunda iştirakçılara sertfikatlar veriləcək.

SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir.

Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində  740-dan artıq SABAH tələbəsi məzun olacaq.

 


7 il əvvəl