• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Sabahın alimləri” VI Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fevralın 17-də “Sabahın alimləri” VI Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov gənclərin elmi potensialının inkişaf etdirilməsi məqsədilə keçirilən “Sabahın alimləri” müsabiqəsinə bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu bildirib. Nazir müavini şagirdlərin elmi yaradıcılığı, onların tədqiqat aparması baxımından elm və təhsil müəssisələri arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətini vurğulayıb.

Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə seçilən qaliblər  təqdim olunub.

Daha sonra bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 3 layihə müəlliflərinin adları açıqlanıb. Kompüter elmləri kateqoriyaları üzrə Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Elşən Nağızadə, Bakı şəhəri 299 nömrəli məktəb-liseyin şagirdi Elgün Alışev, mühəndislik kateqoriyaları üzrə Bakı Avropa Liseyinin şagirdləri Timur Kalyayev, Həmid Səlimov, Şirvan şəhəri “İstək” Liseyinin şagirdi Qüdrət Muradlı ən yaxşı layihə müəllifi olaraq seçiliblər.

Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub. 

Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsiİntel” şirkətidir.

“Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

2012-ci ildən keçirilən müsabiqəyə bu günədək 730  nəfər şagird qatılıb, onlardan 30 şagird  Intel İSEF-də iştirak etmək hüququ qazanıb.


7 il əvvəl