• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəb rəhbərləri üçün təlim

Təhsil İnstitutunun təşkilatçılığı ilə Avropa Birliyinin TAIEX proqramı çərçivəsində “Məktəb özünüqiymətləndirmə və təhsildə keyfiyyətin təminatı” mövzusunda  seminar keçirilib.

Seminarın keçirilməsində məqsəd məktəblərdə keyfiyyət təminatını, məktəb özünüqiymətləndirmə sistemini və prosesini müzakirə etmək, uğurlu təcrübəni bölüşməkdir.

İki gün davam edən seminarda Təhsil Nazirliyinin əməkdaşları, Bakı şəhəri üzrə 40-dan çox məktəb direktoru, ayrı-ayrı bölgələrdən təhsil menecerləri iştirak ediblər.

Seminara Böyük Britaniyadan Donald Rolls, Niderland Krallığından Con Vierda, Maltadan Şarlot Kassar dəvət olunublar. Təhsil üzrə beynəlxalq mütəxəssislərlə birgə məktəb özünüqiymətləndirmənin əsas sahəsi kimi liderlik və idarəetmə, tədris və öyrənmə, keyfiyyət təminatı və nəzarət məsələləri ətrafında fikir mübadiləsi edilib. Məktəb rəhbərləri və müəllimlərin peşə standartları, onların qiymətləndirilməsi alətləri, məktəbin inkişaf planının hazırlanması, yoxlama prosesi, məlumatların toplanması və digər müxtəlif mövzular üzrə  işçi qruplarda müzakirələr aparılıb.


7 il əvvəl