• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Ərəb Gözdən Əlillər Federasiyasının sədrini qəbul edib

Yanvarın 18-də təhsil naziri Mikayıl Cabbarov Ərəb Gözdən Əlillər Federasiyasının sədri, Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti  Xalid bin Əli Əl-Nueymini qəbul edib.

Görüş zamanı Azərbaycanda gözdən əlillər üçün həyata keçirilən təhsil siyasətinə dair fikir mübadiləsi aparılıb, həmçinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub.


7 il əvvəl