Təhsil naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək
Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərinin nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarov 16 yanvar 2017-ci il tarixində saat 11:00-da Şirvan şəhərindəki Olimpiya Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək. Qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar 9, 10, 11, 12, 13 yanvar 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
7 il əvvəl
Digər xəbərlər
-
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
17.04.2024 - 15:05 -
Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
16.04.2024 - 17:28 -
Vətəndaş müraciətlərinin statistikası
16.04.2024 - 16:22