• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İtaliyada təhsil alan azərbaycanlı: “İnanıram ki, dəyişiklərin davamı olmasını görəcəyik” – Uğur formulu

Təhsil Nazirliyi və “1news.az” informasiya agentliyinin “Uğur formulu” layihəsi davam edir.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Rüstəm Ağazadədir.

Rüstəm Ağazadə 1990-cı ildə Bakı şəhərində anadan olub. Baki şəhəri 248 saylı tam orta məktəbdə təhsil alıb. 2007-ci ildə 690 bal toplayaraq Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə daxil olub, Prezident təqaüdünə layiq görülüb.Tələbə olduğu müddətdə bir çox yerli və beynəlxalq tədbirlərdə çıxış edən Rüstəm “Friadent World” simpoziumda “Best Student Poster Award” mükafatına layiq görülüb. 2012-ci ildə Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra magistratura təhsilini İtaliyada Sapienza Universitetində parodontologiya ixtisası üzrə alıb və hazırda həmin universitetdə doktorantura səviyyəsi üzrə təhsilini davam etdirir.

- Xaricdə  təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

- Hazırda parodontologiya üzrə ən güclü mütəxəssislər məhz italyanlardır  və müasir parodontologiyada istifadə olunan cərrahi əməliyyatlar italyanlar tərəfindən təklif olunub. Bu bilikləri yaradıcılardan öyrənmək özü bir üstünlükdür.

- Niyə məhz bu ixtisası seçdiniz?

- Parodontologiya stomatologiya elminin bir sahəsi olub, dişin ətrafında olan toxumaların quruluşunu, xəstəliklərini, həmin xəstəliklərin müalicə və profilaktikasını öyrədən elmdir. Daha sadə desək, diş əti xəstəlikləri haqqında elmdir. Stomatologiya Azərbaycanda çox yaxşı inkişaf etsə də, parodontologiya o qədər də inkişaf etməyib. Azərbaycan Tibb Universitetində parodontologiyaya çox az saat ayrılıb və terapevtik stomatologiyanın bir hissəsidir. Halbuki Avropa ölkələrində və Türkiyədə belə bu sahə üzrə kafedradan başqa ixtisaslaşmada mövcuddur. Parodontit karieslə birgə diş itirilməsinin əsas səbəblərindəndir. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) araşdırmasına əsasən, parodontit ən çox yayılan 7-ci xəstəlikdir. Bu xəstəlik erkən diaqnostika olunub və müalicə olunmazsa, digər ümumi xəstəliklərin də ağır keçməsinə (şəkərli diabet, ürək-damar xəstəlikləri, revmatoid artır)  səbəb ola bilər.

- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?

- Mən Azərbaycan Tibb Universitetini 4 il bundan öncə bitirmişəm və bu qısa zamanda yaxşı tərəfə olan dəyişiklər haqqında xəbərdaram. İnanıram ki, dəyişiklərin davamı olmasını görəcəyik. Praktikaya gənc, müasir beynəlxalq təcrübəni tətbiq edən kadrları universitetlərə cəlb etmək məncə daha məqsədəuyğun olardı.

- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız ?

- Mən İtaliyada doktorant olduğum üçün tələbələrlə çox ünsiyyətdə oluram, onlar üçün məruzələr edir və praktik seminarlar keçirirəm. Hamı mənim azərbaycanlı olduğumu bilir və onların da Azərbaycana olan münasibəti çox pozitivdir. 2015-ci ildə Azərbaycanda “PerioBaku2015” adlı parodontologiya aid elmi konfransın təşkilatçısı olmuş və İtaliyadan beş məşhur professoru dəvət etmişdim. Bu konqresdə Azərbaycandan 150 həkim iştirak edib. Bununla yanaşı, konqresdə iştirak etmək üçün Estoniya, İrlandiya, Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrdən olan həkimlər Bakıya gəlmişdilər.

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Burada müəllim –tələbə münasibətləri olduqca yüksək səviyyədədir. Hər bir köməyə hazırdırlar.

- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

-İnanıram ki, biz asanlıqla ölkədəki təhsili tez bir zamanda təkmilləşdirə bilərik və Avropa ölkəsində olan təhsil səviyyəsinə çatdıra bilərik.

- Çətinlikləriniz varmı?

- Çətinliklərsiz olmur. Mən ailəliyəm və bir uşağım var, ailədən uzaq olmaq mənim üçün  ən böyük çətinlikdir.

- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

- Asudə vaxtlarımda azərbaycanlı və italiyalı dostlarla futbol oynayırıq.

- Təhsilinizi başa vurduqdan sonra  harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir ?

-Azərbaycanda qayıdaraq xalqımıza xidmət etmək istəyirəm. Amma yəqin ki, İtaliya ilə də əlaqəni kəsmərəm.

- Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

- Ən vacibi qarşınıza hədəf qoymaq və həmin hədəfə nail olmaq üçün kifayət qədər çalışmaq lazımdır.

1news.az


7 il əvvəl