• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Masallı şagirdləri debat yarışlarının iştirakçısı olub

Təhsil Nazirliyinin və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin  tərəfdaşlığı ilə Milli Debat Proqramı çərçivəsində keçirilən "Masallı ASAN Məktəbli Debat Kuboku: 2016" yekunlaşıb.

İlk mərhələdə “ASAN həyat” kompleksinin nəzdində yerləşən İntellektual Mərkəzdə Milli Debat Proqramının təlimçisi tərəfindən Masallı şəhərinin ümumtəhsil məktəblərinin müəllimlərinə təlim keçirilib. Daha sonra müəllimlər turnirdə iştirak edəcək komandaları müəyyənləşdirərək debat yarışına hazırlaşıblar.

Qrup oyunları mərhələsində Masallının 7 məktəbindən olan 13 komanda sosial şəbəkələrin cəmiyyətdəki rolu haqqında debatlar aparıb. Debat oyunlarının nəticəsində final mərhələsinə Çaxırlı kənd tam orta məktəbini təmsil edən "Facebook" komandası və "Dəfinə" məktəb-liseyini təsil edən "Lider" komandası vəsiqə qazanıb. Hakimlərin qərarı ilə "Lider" komandası qalib olub.

Turnirin qalib və finalçılarına, komandaları hazırlaşdıran müəllimlərə və ən yaxşı natiqlərə sertifikat verilib.


7 il əvvəl