• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbdənkənar müəssisənin əməkdaşları Çexiyada səfərdə olublar

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları Çexiya Respublikasında işgüzar səfərdə olublar.

Təhsil Nazirliyi, Çexiyanın Azərbaycandakı səfirliyi və Almaniya Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən təşkil olunan səfərdə mərkəzin direktoru Firuzə Sultan-zadə, metodistlər və dərnək rəhbərləri iştirak edib.

Səfər müasir tələblərə uyğun bilik və bacarıqların artırılması və Çexiya Respublikasının məktəbdənkənar təhsil müəssələrinin işi ilə tanışlıq məqsədi daşıyıb.

Səfər zamanı mərkəzin əməkdaşları Praqa, Brno və Plzen şəhərlərinin tanınmış ekoloji və turizm təhsil təşkilatlarının rəhbərləri ilə görüşüb,  texnoloji mərkəzləri ziyarət ediblər. Bir sıra ekoloji təşkilatların təhsil sahəsindəki proqramlar və dərs vəsaitləri ilə tanış olub, bu proqramların Azərbaycanın məktəbdənkənar təhsilində tətbiq olunması barədə müzakirələr aparıblar.


7 il əvvəl