• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Müsabiqədə 30 nominasiya üzrə 81 məktəbdənkənar təhsil müəssisəsi, ümumtəhsil və internat  məktəbi iştirak edib. Ümumilikdə müsabiqədə 455 iş sərgilənib.

Münsiflər heyətinin qərarı ilə  22 nəfər I yerə, 17 nəfər  II yerə, 11 nəfər isə III yerə layiq görülüb.

Müsabiqənin keçirilməsində məqsəd istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə uşaq və gənclərin yaradıcılıq mərkəzlərinə cəlb olunmasıdır.


7 il əvvəl