• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbələrlə maarifləndirici görüşlər

Ali təhsil müəssisələrində narkomanlığa qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri keçirilib.

Görüşlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Təhsil, Daxili İşlər və Səhiyyə nazirliklərinin nümayəndələri iştirak edib.

Noyabrın 21-dən start verilən maarifləndirmə tədbirləri Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Qafqaz Universitetində təşkil edilib.

Seminarlarda narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanından danışılıb, narkomanlığa qarşı keçirilən tədbirlərdən bəhs edilib.

Sonda toplantıda iştirak edən tələbələrə zəruri təbliğat materialları paylanılıb.

Qeyd edək ki, maarifləndirmə tədbirləri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasına müvafiq olaraq keçirilib.


7 il əvvəl