• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH tələbələri üçün məlumat sessiyası keçirilib

Azərbaycan-Alman Mədəniyyət Mərkəzi “Kapelhaus”da Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının tələbələri üçün məlumat sessiyası keçirilib.

Təqdimatda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycan üzrə koordinatoru Stefani Düfo, xidmətin əməkdaşı Rəna Hüseynova, Alman dili tədrisi mərkəzinin rəhbəri Zəhra Əliyeva, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə və tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova iştirak ediblər.

Sessiyada tələbələrə Alman Akademik Mübadilə Xidməti və Alman dili tədrisi mərkəzi  ilə əməkdaşlıq çərçivəsində II kursda təhsil alan SABAH tələbələri üçün alman dilinin tədrisi, həmçinin, DAAD təqaüd proqramları vasitəsilə Almaniyada təhsil almaq imkanları barədə informasiya verilib.

SABAH tələbələri onlar üçün təklif olunan üstün imkanlar, həmçinin Almaniyada yay məktəbi və magistratura proqramlarına qəbul qaydaları ilə bağlı geniş məlumat əldə ediblər.


7 il əvvəl