• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (ENQA) qoşulub.

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (ENQA) müşahidəçi statusu ilə qoşulmaqla bağlı müraciətinə ENQA-nın Direktorlar Şurası tərəfindən müsbət rəy verilib. 

Azərbaycan ali təhsil müəssisələrinin Avropa Ali Təhsil Məkanına inteqrasiya edilməsi və təhsilin keyfiyyətinin maraqlı tərəflərin, əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması Azərbaycan hökumətinin 2005-ci ildə qoşulduğu Bolonya bəyannaməsindən irəli gəlir. Eyni zamanda bu öhdəlik “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulub.

Avropanın aparıcı akkreditasiya qurumlarını birləşdirən ENQA-da təmsil olunmaq Azərbaycana Avropa ali təhsil məkanında təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müzakirələrdə yaxından iştiraka imkan verəcək. Bununla yanaşı, Avropa Ali Təhsil Məkanına daha da yaxınlaşmaq və keyfiyyətin təminatı üzrə Avropa standartları və qaydalarına (ESG) cavab verən akkreditasiya sistemini qurmağa şərait yaradacaq.

2000-ci ildə yaradılmış ENQA Bolonya prosesinə qoşulan və Avropa Ali Təhsil Məkanına üzv dövlətlərin təhsildə keyfiyyətin təminatına cavabdeh təşkilatlarının ən böyük şəbəkəsidir. ENQA-nın əsas missiyası Avropada ali təhsilin keyfiyyətinin təminatı sahəsində uğurlu təcrübələri yaymaqla əməkdaşlığı təşviq etməkdir.

Hazırda ENQA-da (http://www.enqa.eu/index.php/enqa-agencies/affiliates/) 27 ölkəni təmsil edən 49 akkreditasiya qurumu tam üzv və 31 ölkəni təmsil edən 53 akkreditasiya qurumu isə müşahidəçi üzv qismində iştirak edir.


7 il əvvəl