• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Çexiyada Azərbaycanı elmi və akademik olaraq təmsil edirəm” – Xaricdə təhsil alan azərbaycanlı tələbənin “Uğur formulu”

Təhsil Nazirliyi1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Ayaz Zeynalovdur.

Ayaz 1986-ci ildə Siyəzən şəhərində anadan olub. İlk təhsilinə Siyəzən şəhər 2 saylı tam orta məktəbdə başlayan Ayaz daha sonra Quba Özəl Türk Liseyində oxuyub. İqtisadiyyat ixtisası üzrə bakalavr və magistratura səviyyələrində Qafqaz Universitetində təhsil alıb. Hazırda Çexiyanın Çarles Universitetində doktorantura üzrə təhsilini davam etdirir.

- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

- Xaricdəki təhsilin mənə verdiyi dəyər beynəlxalq standartlara uyğun tədris, beynəlxalq konfrans və seminarlarda məruzələrlə çıxış etmək, ən əsası əsrlərlə keçmişi olan bir universitetdə təhsil almaqdır. Bununla yanaşı, həm də tədris vermək imkanım olduğu üçün özümü çox şanslı hesab edirəm.

- Niyə məhz bu ixtisası seçdiniz?

- İxtisasımı iqtisadiyyat olaraq seçməyimin əsas səbəbi iqtisadi analizin sadəcə teoremdə deyil, riyazi statistik modellərlə araşdırılmasının zəruri olduğuna inanmağımla bağlıdır. Və ən əsası isə bu sahə mənim hobbimdir.

- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız?

- Çexiyada Azərbaycan diasporasında fəal olaraq iştirak etməyə çalışıram. Son 4 ildə bir çox ictimai, mədəni və siyası proqramlarda iştirak etmişik. Qarabağ və xüsusilə Xocalı soyqırımı ilə bağlı ictimai tədbirlər keçirmişik. Əlavə olaraq hər semestr universitetdə 100-dən çox tələbəyə dərs deyirəm və tədris etdiyim dərslərin dəyərləndirilməsinin yüksək olması ilə Azərbaycanı elmi və akademik olaraq təmsil etmiş oluram. Çexiya Mərkəz Bankı da daxil olmaqla bir neçə akademik qrant qazanmışam.

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Avropada müəllim-professor heyəti ictimaiyyətdə ən dəyərli insanlardır. Professorlar tələbələrlə çox sadə və səmimidirlər. Tələbələrə hər zaman istiqamət və dəstək verməkdə açıqdırlar.

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

- Təhsil aldığım universitetdə və yaşadığım şəhərdə xarici tələbələr kifayət qədər çoxdur, beləliklə, istər universitetdə, istərsə də yaşadığım şəhərdə hər hansı bir çətinliyim yoxdur.

- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

- Azərbaycan təhsilinin beynəlxalq standartlara daha sürətli şəkildə inteqrasiya olmasını arzu edərdim.

- Çətinlikləriniz varmı?

- Hər kəs xarici ölkəyə köçərkən bir müddət fərqli mədəniyyətin şokunu yaşayır. Daha sonra isə zamanla inteqrasiya olunur. Bu səbəbdən də artıq hər hansı bir çətinliyim yoxdur.

- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

- Asudə vaxtımı marafon qaçışları, velosiped turları ilə keçirir, fərqli ölkə və şəhərlərin tarixi və mədəni yerlərini gəzirəm.

- Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir?

- Təhsilimi bitirdikdən sonra öz sahəmdə çalışıb, biliklərimi paylaşmaqla yanaşı, diasporamıza dəstək vermək planlarım var.

- Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

- Hər kəsə fərdi inkişafına daha çox əhəmiyyət verməyini tövsiyə edərdim.

 

1news.az


7 il əvvəl