• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İlk peşə-ixtisas təhsili ilə bağlı təlim keçirilib

5 nömrəli Bakı Peşə Liseyində Şotlandiyanın “Scottish Qualifications Authority” (SQA)  təşkilatının kənd təsərrüfatı üzrə eksperti Yan Pers tərəfindən ilk peşə-ixtisas təhsilində modulların hazırlanması ilə bağlı təlim keçirilib.

Təlim “British Council” təşkilatının, BPAzərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə əmək bazarının tələblərinə cavab vermək məqsədilə bu ilin sentyabr ayından başlayan “Kənd təsərrüfatı üzrə peşə təhsilində yeni ixtisasların yaradılması”  pilot layihəsi çərçivəsində təşkil edilib.

Qeyd edək ki, layihə çərçivəsində “Heyvandarlıq mütəxəssisi”, “Bitkiçilik mütəxəssisi” və “Aqroservis mütəxəssisi” ixtisasları üçün ümumilikdə 12 modulun hazırlanması nəzərdə tutulub.

Təlimdə Qəbələ Peşə Məktəbinin müəllimləri, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Bakı şəhərindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri, Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti və modulların hazırlanması üzrə ixtisaslaşmış şəxslər də iştirak ediblər.


7 il əvvəl