• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Dostluğun sehri” I Beynəlxalq uşaq rəsm müsabiqəsinə yekun vurulub

Azərbaycan Rəssamlar İttifaqında “Dostluğun sehri” devizi altında I Beynəlxalq uşaq rəsm müsabiqəsinin sərgisi keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri Uşaq Yaradıcılıq Mərkəzi, Azərbaycan Rəssamlar İttifaqıAzərbaycan Dövlət Rəssamlıq Akademiyasının  təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər.

Müsabiqənin nəticələrinə əsasən 480 rəsm əsərindən 90-ı I, II, III, 26 rəsm işi isə həvəsləndirici yerlərə layiq görülüb.

Müsabiqəyə Azərbaycan, Türkiyə, Ukrayna, Belarus, Moldova, Latviya, Qazaxıstan, Bolqarıstan, Çexiya, Misir, Bosniya və Hersoqovinadan olan  gənc rəssamlar qoşulub.

 Sərgidə gənc rəssamların 200-ə qədər rəsm işi nümayiş olunub.

Qaliblər medal və diplomlarla təltif ediliblər.

Tədbirin bədii hissəsində Uşaq Yaradıcılıq Mərkəzinin bədii kollektivləri dünya xalqlarının rəqslərindən ibarət “Dostluq çələngi” adlı kompozisiya ilə çıxış ediblər.


7 il əvvəl