Məktəbdənkənar müəssisələrin əməkdaşları üçün təlim keçirilib
Şamaxıda “Məktəbdənkənar müəssisələrin əməkdaşlarının müasir tələblərə uyğun bilik və bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib.
Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Azərbaycan Turizm və Menecment Universiteti ilə birgə təşkil edilən təlim 3 gün davam edib.
Təlimin məqsədi məktəbdənkənar müəssisələrin əməkdaşlarının bilik və bacarığını artırmaq, onların təlim və layihələrin idarə olunması üçün yeni forma və metodlarla işləmələrini təmin etmək olub.
Təlim Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin əməkdaşları üçün təşkil edilib.
GİZ təlimçiləri tərəfindən xüsusi ekoloji qruplar üçün ekosistem xidmətləri, Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları tərəfindən isə turizm qrupları üçün turizmin əsasları, yerli turizm və ekskursiya təlimləri keçirilib.
Təlim iştirakçılarına layihələrin idarəolunması, özünü inkişaf etdirməyin yolları, ətraf mühit təlimçisinin rolu barədə məlumatlar verilib.
Təlimin ikinci günü məktəblilərlə iş zamanı moderasiya metodlarından istifadə və rol oyunları öyrədilib.
Sonuncu gün iştirakçılara ictimaiyyətin məlumatlandırılması üçün effektiv kampaniyalar, refleksiya metodları və təlimin qiymətləndirilməsi, müasir tələbata uyğun dərs proqramlarının tərtibi ilə bağlı biliklər aşılanıb.
7 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30