• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbə-Könüllülərin 2-ci Forumu keçiriləcək

Dekabrın 9-da “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçiriləcək.

Tədbir ötən il təşkil olunmuş 1-ci Forumun nəticələrinə, görülmüş işlərə və qarşıya qoyulan yeni məqsədlərə həsr olunacaq.

Dövlət rəsmiləri, beynəlxalq qurumların təmsilçiləri və tələbə-gənclərin iştirakı ilə keçiriləcək Forumda könüllülük hərəkatının inkişafı  və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır.

Proqram tələbələrə yeni dostlar qazanmağa, tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə, onların həm fərdi, həm də ictimai həyatda inkişaf etməsinə imkan yaradır.

Ölkəmizin 6 regionunda, 17 təhsil müəssisəsində təmsil olunan 7 mindən artıq könüllü 63 müxtəlif səviyyəli tədbirlərdə iştirak edib.

 


7 il əvvəl