• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İnternat məktəbinin 80 illik yubileyi keçirilib

Dekabrın 3-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli  Respublika xüsusi internat  məktəbinin  80  illik yubileyi  qeyd olunub.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

            Əvvəlcə qonaqlar məktəbin muzeyi ilə tanış olublar.  

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra məktəbin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Təhsil naziri Mikayıl Cabbarov 3 dekabr-Beynəlxalq Əlillər Gününün 80 illik tarixə malik internat məktəbində qeyd edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirərək, burada tədris aparan müəllimlərin fədakar əməyindən danışıb. Nazir sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsi işində göstərdikləri peşəkarlığa, şagirdlərin əldə etdiyi uğurlu nəticələrə görə müəssisə rəhbərliyini, kollektivi təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir dövlət tərəfindən internat məktəblərinə göstərilən qayğıdan danışıb. Bu sahədə Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu qeyd edən nazir, fond tərəfindən belə müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğulayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov  əlamətdar yubiley münasibəti ilə kollektivi təbrik edib və əlilliyi olan şəxslərin əmək bazarına çıxış imkanlarının asanlaşdırılması yönündə görülən işlərdən danışıb.

Məktəbin direktoru İradə Vəzirova rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verib. Bildirib ki, məktəb 2006-cı ildə Heydər Əliyev Fondunun  Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub. Müəssisə 2015-2016-cı ildə Təhsil Nazirliyi tərəfindən cari təmir olunub.

İnternat məktəbində 311 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 94 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

Son 3 ildə internat məktəbinin məzunlarından 14 nəfəri ali, 11 nəfəri orta ixtisas müəssisələrinə qəbul olunub.

Daha sonra internat məktəbinin bir qrup əməkdaşına “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı təqdim edilib.

Tədbir şagirdlərin ifasında  ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

 


7 il əvvəl