Cüdo üzrə açıq respublika birinciliyi başa çatıb
Sumqayıt şəhər Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş 13-15 yaşlı yeniyetmələr arasında cüdo üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) açıq respublika birinciliyi keçirilib.
Birinciliyin keçirilməsində əsas məqsəd mərkəzin yeniyetmələrdən ibarət yığma komandalarını formalaşdırmaq, perspektivli idmançıları aşkar etmək, bu idman növünə uşaqların marağını artırmaqdan ibarət olub.
Birincilikdə ümumilikdə idman məktəbləri, klub və cəmiyyətlərdən 32 komanda olmaqla 300-ə yaxın idmançı mübarizə aparıb.
“Təhsil” RİM və Azərbaycan Cüdo Fedarasiyasının birgə təşkilatçılığı ilə keçirilən respublika birinciliyini beynəlxalq və respublika dərəcəli hakimlər heyəti idarə edib.
Birinciliyin nəticələrinə əsasən şəxsi yarışlarda medalların sayına görə I yerə 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları İdman Mərkəzi (İOEUGİM), II yerə “Təhsil” RİM-in Sumqayıt filialı, III yerə isə “Təhsil” RİM-in Gəncə filialı layiq görülüb.
Komandaların mübarizəsində isə I yeri 13 saylı İOEUGİM-nin komandası, II yeri “Təhsil” RİM-in Sumqayıt filialının komandası, III yerləri isə 11 saylı Uşaq Gənclər İdman Mərkəzinin və “Azəri” cüdo klubunun komandaları tutub.
Qaliblər “Təhsil” RİM-in kubok, medal və diplomları ilə təltif edilib.
7 il əvvəl
Digər xəbərlər
-
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00