• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şahmat üzrə Respublika çempionatı başa çatıb

Quba rayon Uşaq-Gənclər Şahmat Məktəbində “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) şahmat üzrə Respublika çempionatının final mərhələsi başa çatıb.

Çempionat “Təhsil” RİM-in 2016-cı il üçün tədbirlər planına uyğun olaraq, Uşaq-Gənclər Şahmat məktəbləri, həmçinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbləri və Uşaq-Gənclər İdman məktəblərinin şahmat bölmələri  arasında keçirilib.

Çempionatın keçirilməsində əsas məqsəd şəxsi birincilik yarışlarının nəticələrinə əsasən 2017-ci ildə “Məktəblilərin Dünya və Avropa çempionatı”nda  iştirak edəcək şahmatçıları müəyyən etməkdən ibarət olub.

Çempionat “Məktəblilər arasında Dünya və Avropa çempionatı”nın yaş qruplarına müvafiq olaraq 6 yaş qrupu üzrə oğlan və qızlar arasında keçirilib. Final mərhələsində zona yarışlarında hər yaş qrupu üzrə I, II və III yerləri tutmuş oğlan və qız şahmatçıları iştirak edib.

Komanda hesabında I yeri Sumqayıt şəhər 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbi, II yeri Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbi, III yeri isə Gəncə şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin komandaları tutublar.

Qaliblər  “Təhsil” RİM-in kubok və diplomları ilə təltif edilib.


7 il əvvəl