"Yaşıl gələcək naminə" adlı foto müsabiqə
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən 10-15 yaşlı uşaqlar arasında foto müsabiqə keçirilib.
"Yaşıl gələcək naminə" adlı foto müsabiqə 25 məktəbi əhatə edib. Foto müsabiqədə I yerə Məhəmməd İslamov, II yerə Bəyim Hüseynzadə, III yerə isə Fərid Əliyev layiq görülüblər.
Müsabiqədə fərqlənən 25 fotonun müəllifi sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.
Qaliblər Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard tərəfindən təltif olunublar.
Müsabiqə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı tərəfdaşlığın 25 ili münasibətilə təşkil edilib.
7 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30