• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ağır atletika üzrə Azərbaycan Kuboku yarışında yüksək nəticə

Ağır atletika idman növü üzrə kişilər və qadınlar arasında Azərbaycan Kuboku yarışı keçirilib. Yarışda ölkənin bütün regionlarında fəaliyyət göstərən klub və idman cəmiyyətlərindən 200 nəfərə yaxın atlet çıxış edib.

“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvü Allahyar Abışov 62 kq çəki dərəcəsində mübarizədə 251 kq (114+137) nəticə ilə bütün rəqiblərini üstələyərək çempion adını qazanıb.

Mərkəzin digər üzvləri 77 kq çəki dərəcəsində Əfqan Bayramov II yerə, 85 kq çəki dərəcəsində Salar Ümüdov II yerə, 94 kq çəki dərəcəsində Kamran Beskov isə II yerə layiq görülüb.


7 il əvvəl