• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Olympic Moves” idman proqramının yeni mövsümünə start verilib

Noyabrın 21-də Mili Olimpiya Komitəsində (MOK) “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının yeni mövsümünün təqdimat mərasimi keçirilib.

Tədbirdə “Olympic Moves” proqramının ötənilki nailiyyətlərinə həsr olunmuş video-çarx nümayiş olunub.

Mili Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tədbiri giriş sözü ilə açaraq cari mövsümdə proqram çərçivəsində nəzərdə tutulan yeniliklər barədə məlumat verib.

Təhsil naziri Mikayıl Cabbarov məktəblilərin sağlamlığının mühafizəsində “Olympic Moves” proqramının böyük rolu olduğunu qeyd edib. Ötən il kütləvi xarakter daşıyan proqramda Bakı şəhərindən 60 minə yaxın şagirdin iştirak etdiyini vurğulayan təhsil naziri bu il layihənin Bakı, Gəncə, Göygöl, Sumqayıt olmaqla 100 min şagirdi əhatə edəcəyini bildirib. 

Mikayıl Cabbarov bildirib ki, sözügedən proqram idmanın kütləviliyini təmin etməklə təhsil sistemində ənənəvi akademik dəyərlərin təbliği ilə yanaşı, şagirdlərdə sağlam həyatın, idman rəqabətinin, komanda ruhunun aşılanmasına xidmət edir.

Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel  isə sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini nəzərə çatdırıb.

Tədbirdə MOK, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Coca-Cola” şirkəti arasında “Olympic Moves” çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumun imzalanması məktəblilər üçün münbit idman mühitinin yaradılması, “Bakı 2015” Avropa Oyunlarının idman irsini davam etdirməklə Olimpiya idman komplekslərindən, o cümlədən idman bazalarından səmərəli istifadə üçün fəaliyyətin təşkili məqsədini daşıyır.

Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə icra olunan məktəblilərin “Olympic Moves” idman proqramının əsası 2003-cü ildə qoyulub.

 


7 il əvvəl