• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ümumdünya Uşaq Hüquqları Günü qeyd olunub

Noyabrın 19-da Masallı şəhərindəki “ASAN həyat” kompleksində Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd Masallı rayonu və kəndlərində yaşayan sosial həssas təbəqədən olan uşaqların istək məktublarına əsasən onlara hədiyyələrin çatdırılması, uşaq hüquqları ilə bağlı məlumatın verilməsi, onlarda təhsilə, şəxsi inkişafa həvəs oyadılması, xoş və yaddaqalan gün təşkil edilməsi olub.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Təhsil Nazirliyinin Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regional şöbəsinin müdiri Zöhrab Həsənov çıxış edərək Beynəlxalq Uşaq Hüquqları Gününün əhəmiyyətindən danışıblar.

Daha sonra ASAN Kino Klubda cizgi filmi nümayiş olunub. Təhsil Nazirliyi tabeliyində olan uşaq yaradıcılıq mərkəzlərinin rəqs kollektivləri uşaqlar qarşısında rəqs nömrələri ilə çıxış ediblər.

“ASAN məktub” vasitəsi ilə vətəndaşlar tərəfindən öhdəliyə götürülmüş 52 istək məktubunun hədiyyələri sahiblərinə çatdırılıb. Həmçinin, Təhsil Nazirliyi “BİR” Tələbə Könüllüləri tərəfindən uşaqlara əlavə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “BİR” Tələbə Könüllülər, “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə təşkil olunub.

 


7 il əvvəl