• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı tələbələr beynəlxalq müsabiqədə iştirak ediblər

İspaniyanın Tenerife şəhərində “Stars at Tenerife” III Beynəlxalq musiqi müsabiqəsi keçirilib.

Müsabiqədə 10 ölkənin təmsilçisi iştirak edib. Azərbaycanı bu müsabiqədə fortepiano ifaçıları, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının III kurs tələbələri Cavid Əzizov və  Vüsal  Aydəmirov ilə təmsil ediblər.

Müsabiqənin münsiflər heyəti  9 nəfərdən ibarət dünya şöhrətli musiqiçidən ibarət olub.

19-22 yaş qrupu üzrə keçirilən müsabiqədə 8 iştirakçı arasında solo nominasiyası üzrə Cavid Əzizov II yerə, 23 və daha artıq yaş qrupu üzrə keçirilən müsabiqədə isə 9 iştirakçı arasında solo nominasiyası üzrə Vüsal Aydəmirov II yerə layiq görülüb.

Müsabiqənin festival konsertində Azərbaycanın hər iki təmsilçisi  Listin “Ballada” və “Raprodiya”sı, eləcə də Azərbaycan bəstəkarları F.Bədəlbəylinin “Dəniz”, T.Quliyevin “Qaytağı” musiqisini səsləndiriblər. 

Qeyd edək ki, BMA tələbələri münsiflər heyətinin üzvləri tərəfindən növbəti mötəbər müsabiqələrə dəvət alıblar. Belə ki, təmsilçilərimizin dekabr ayında Türkiyənin Bursa şəhərində keçiriləcək “Nilufər” adlı müsabiqədə, 2017-ci ilin yanvar ayında Gürcüstanın Tiflis şəhərində baş tutacaq II Beynəlxalq “Motsart” müsabiqəsində və aprel ayında Almaniyada təşkil ediləcək beynəlxalq müsabiqədə iştirak etmələri planlaşdırılır.


7 il əvvəl