SABAH tələbələri ilə görüş
Startaplar üzrə tanınmış mütəxəssis Tal Katran Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında təhsil alan tələbələrlə görüşüb.
Görüş SABAH tələbələrinin tədrisdənkənar inkişafına şərait yaratmaq məqsədilə keçirilən “Açıq dərs”lər çərçivəsində təşkil edilib.
Tədbirdə startapların effektivliyi, gənclərin bu sahəyə marağının artırılması, startapların yaradılması və fəaliyyəti, motivasiya mövzusunda tələbələrlə interaktiv müzakirə aparılıb.
Tal Katran informasiya texnologiyaları sahəsində yaradılmış və inkişaf etdirilmiş startaplar haqqında məlumat verib, tələbələrin suallarını cavablandırıb.
7 il əvvəl
Digər xəbərlər
-
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00