• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sərbəst güləş üzrə VII Ümumrusiya açıq turnirinin qalibləri

Rusiya Federasiyasının Kostroma şəhərində yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə VII Ümumrusiya açıq turniri keçirilib.

Turnirdə Rusiya, Ukrayna, Moldova, Özbəkistan, Qırğızıstan və Azərbaycandan 245 idmançı mübarizə aparıb. Ölkəmizi bu turnirdə ''Təhsil" Respublika İdman Mərkəzinin (RİM) Lənkəran filialının 9 güləşçisi təmsil edib.

Yarışın nəticələrinə əsasən ümumi komanda hesabında "Təhsil" RİM-in Lənkəran filialının komandası I yerə layiq görülüb.

Qaliblər kubok, medal və diplomlarla təltif olunub.


7 il əvvəl