• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Direktorlar klubu”nun üzvləri üçün seminar

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən “Direktorlar klubu”nun üzvləri üçün seminar keçirilib.

Seminarda Türkiyənin təhsil eksperti Erdem Söylemez "Məktəbdaxili təşkilati mədəniyyətin formalaşdırılması" mövzusunda çıxış edib və direktorları maraqlandıran sualları cavablandırıb.

Seminar zamanı məktəbdaxili təşkilatçılıqda bərabərlik və ədalət, idarəetmədə şəxsi nümunələr, pozitiv nitqin vacibliyi, öyrənməyə açıq olmaq, bölüşmək və əməkdaşlıq, qarşılıqlı hörmət haqqında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, “Direktorlar klubu”nun üzvləri Təhsil Nazirliyinin direktorluq vəzifəsi üçün elan etdiyi müsabiqədən uğurla keçən və 2016-ci ildə məktəb direktoru vəzifəsinə təyinat alan şəxslərdir.


7 il əvvəl